

Bildiyiniz kimi Türk dili Türkiyədə təhsilin əsaslarından biridir. Türk dili biliklərini akademik səviyyədə ölçmək üçün bir neçə növ imtahan təşkil olunur. Bu imtahan nəticələrinin hamısı hər universitet təfəfindən qəbul olunmur. Amma indi haqqında oxuyacağınız imtahan bütün dünyada tanınan sertifikat təqdim edir. Dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda təşkil olunan TYS imtahanına bizimlə hazırlaşa bilərsiniz. Bəs nədir TYS? TYS yəni Türkçe Yeterlik Sınavı, Türk dilini xarici dil kimi öyrənənlərin dil biliklərinin yoxlanması və bilik səviyyəsini təsdiq etmək üçün Yunus Emre İnstitutu tərəfindən təşkil olunan imtahan formasıdır.
Türkiyə Universitetlərində təhsilə müraciət edən tələbələr, bundan əlavə Türk dili biliklərini yoxlamaq istəyən hər kəs Türkçe Yeterlilik Sınavı (TYS’yə) adlanan Türk dili imtahanına müraciət edə bilər.
Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkçe Yeterlilik Sınavı “Oxu, Dinlədiyini anlama, Yazı və Danışıq (Müstəqil Danışıq, Dialoq)” mərhələlərindən ibarətdir. İmtahanı uğurla başa vuran hər kəs “Türkce Yeterlilik Belgesi” almağa haq qazanır.
TYS imtahanı: Oxu 40, Dinlədiyini anlama 30, Yazı 2, Müstəqil danışıq 1, Dialoq 7 sual olmaqla cəmi 80 sualdan ibarətdir.
TYS imtahanı ilə bağlı bizimlə əlaqə saxlayın
TYS hazırlıqları həftədə 2 dəfə 1.5 saat olmaqla təşkil olunur