Türkiyə Dövlət Universitetlərində İmtahansız Magistratura pilləsində yalnız GPA balı ilə ( Diplom Not Ortalaması ) təhsil alabilərsiniz. Bunun üşün ən vacib şərt oxuduğunuz universitetdən məzun olmağınız və ya məzun olacağınıza dair sənəd ( həqiqətən oxuduğunuz ixtisası bitirəcəyinizə dair arayış ) almağınız kifayətdir.
Siz magistratura təhsilinizi həm Tezli həm də Tezsiz olmaqla iki formada davam etdirə bilərsiz.
Tezli təhsildə tələbə təhsil fəaliyyətini daha sonra akademik formada davam etdirə bilir. Yəni magistratura pilləsini bitirdikdən sonra Doktoranturaya müraciət etmək imkanı olur. Tezli təhsil müddəti 2 il yəni dörd semestr olur. Təhsil haqqı hər dərs başına düşən dərs kreditinə görə hesablanır. Yəni hər semestrdə ümumi tehsil haqqının bir hissesi ödenilir bu da il ərzinde 2 dəfə ödeniş olunacaq mənasını verir. Ortalama hər semestr dövrü 250-450 AZN arası ödeniş edilir. ( Ödeniş TL ilə olub Azərbaycan manatına çevrilmişdir )
Tezsiz təhsildə tələbə təhsil fəaliyyətini daha sonra adademik davam etdirə bilməz. Tezsiz təhsil müddəti Universitetə və İxtisasa görə dəyişib 1 və ya 1.5 il olur. Təhsil haqqı da həmçinin Universitetə və İxtisasa görə dəyişib 6000 – 25 000 TL arasıdır. İstanbul kimi böyük şəhərlərdə təhsil haqqı nisbətən yüksək Eskişeher kimi nisbətən kənar şəhərlərdə az olur.
Həm tezli həm də tezsiz əsaslarla təhsil üzrə alınan diplomlar Azərbaycanda rəsmi olaraq tanınır